AZ

Beynəlxalq Muğam Mərkəzində Motsartın yaradıcılığına həsr olunmuş konsert keçirilib - FOTO

Beynəlxalq Muğam Mərkəzində Volfqanq Amadey Motsartın yaradıcılığına həsr olunmuş konsert keçirilib. Bəstəkarın ariya və mahnılarından ibarət konsert proqramında Əməkdar artistlər Fəridə Məmmədova və İham Nəzərovun ifaları təqdim olunub.

Fortepianoda solistləri beynəlxalq müsabiqələr laureatı Danıil Kirillov müşayiət edib. Proqrama daxil olan bir neçə əsər Azərbaycanda ilk dəfə səslənib. Bu əsərlər sırasına "Ascanio in Alba" operasından Ascanionun ariyası, "Clemenza di Tito" operasından Vitellianın ariyası, "Mitridate re di Ponto" operasından Farnacenin ariyası, "Fiqaronun toyu" operasından Suzannanın operanın redaksiyasına daxil olmamış "Al desio di chi t'adora" ariyası aiddir.

İfaçılar konsertdən əvvəl açıqlamalarında qeyd edirlər ki, onlar bəstəkarın əsərləri sırasından inciləri təqdim etməklə Motsartın ölməz musiqisi ilə tamaşaçıların qəlbini riqqətə gətirəcəklər. Böyük diqqət və məhəbbətlə seçilən əsərlər, dinləyicilərin yüksək zövqü, ifaçılar üçün ən böyük mükafatdır.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
4
milli.az

1Mənbələr