Misli Premyer Liqasının XXVI turunda “Sumqayıt” doğma meydanda “Kəpəz”i qəbul edir.
İdmanxeber.az-a verilən məlumata görə, “kimyaçılar” bu oyuna itkilərlə çıxacaq. Belə ki, zədəli olan Alan Diasla İsa Suliman bu matçda iştirak etməyəcək.
Komandanın digər zədəli üzvü Silvanus Nimelinin durumu isə bəlirsizdi. Son bir həftədir komanda ilə məşqlərə başlayan hücumçunun oynayıb-oynamayacağı bilinmir.
“Kəpəz”də isə bu vacib oyun öncəsi hər şey qaydasındadır. Gəncə klubunun heyətində cəzalı və ya zədəli futbolçu yoxdur.
“Sumqayıt” – “Kəpəz” matçı bu gün saat 17:00-da başlayacaq.