Hindistanın hava yolu şirkəti Air India-ya aid sərnişin təyyarəsinin tualetində ABŞ reysi zamanı "bomba təhdidi" ilə bağlı qeydin alınması səbəbilə Mumbaya geri döndüyü bildirilib.
Bolgə.TV Hindustan Times qəzetinin xəbərinə istinadən xəbər verir ki, Air India şirkətindən verilən açıqlamada, "AI119" reysi ilə uçan təyyarənin Mumbaydan ABŞ-nin Nyu-York şəhərinə getmək üçün havalandığı qeyd edilib.
Reys zamanı təyyarənin tualetində "bomba təhdidi" ilə bağlı qeydin tapıldığı bildirilən açıqlamada, bunun ardınca təhlükəsizlik protokollarına uyğun olaraq Mumbaya geri dönmə qərarının alındığı ifadə olunub.
Açıqlamada təyyarənin ətraflı şəkildə yoxlandığı, vəziyyətin nəzarət altında olduğu və uçuşun sabaha təxirə salındığı məlumatı verilib.