AZ

Millimizin voleybolçusu Macarıstan Kubokunun qalibi olub

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimovanın çıxış etdiyi “Vaşaş Obuda” Macarıstan Kubokunun qalibi olub.

31 yaşlı oyunçunun şərəfini qoruduğu kollektiv finalda KNRC ilə üz-üzə gəlib.

“Vaşaş Obuda” rəqibini 3:1 hesabı ilə üstələyərək beşinci dəfə Macarıstan Kubokuna sahib çıxıb.

Seçilən
8
cbcsport.az

1Mənbələr