AZ

“Sumqayıt” “Kəpəz”i qəbul edir – YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 26-cı tura yekun vurulacaq.

İdmanxeber.az xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Ardıcıl 9 turdur ki, nə qalib gələn, nə də qol vura bilən “Sumqayıt” 22 xalla 8-cidir.

“Kəpəz” isə eyni xalla 9-cu yerdədir. Xalların bərabər olması oyuna marağı bir az da artırır.

10 mart

17:00. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Teymur Teymurov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
33
idmanxeber.az

1Mənbələr