Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ordu korpusunun formalaşdırılması ilə bağlı işçi müşavirə keçirib.
Qaziler.az bildirir ki, RBC-Ukrayna bu barədə Sirskinin Telegram kanalına istinadən xəbər verir.
İclasda Sırski korpus komandirlərinin korpus idarəedilməsinin formalaşdırılması üzrə prioritet tədbirlərin həyata keçirilməsi proseduru barədə məlumat verib.
Onun sözlərinə görə, korpus komandirlərinin təyinatında kifayət qədər döyüş təcrübəsi olan, briqadaların başında səmərəli fəaliyyəti ilə seçilən gənc və perspektivli zabitlərə üstünlük verilir.
"Problemli məsələləri dinlədim və onların dərhal həlli üçün lazımi tapşırıqlar verdim. Yenidənqurma prosesində gələcək vəzifələri müəyyənləşdirdim", - o əlavə edib.
QAZİLER.AZ