AZ

Turan Manafov mükafatlandırılıb

Azərbaycan Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in mətbuat xidməti açıqlayıb.

Tədbir XXVI turun “Sumqayıt” - "Kəpəz" oyunundan əvvəl baş tutub. Qonaqların futbolçusu Turan Manafov yanvar ayının ən yaxşı qolunun müəllifi kimi mükafatlandırılıb. Müdafiəçinin XIX turda "Turan Tovuz"la keçirilən oyunda vurduğu birinci qol ən yaxşı seçilib.

Qalibə mükafat PFL və "Misli" tərəfindən təqdim edilib.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr