“Barselona”nın polşalı hücumçusu Robert Levandovski komandanın sıralarına geri dönüb.
İdmanxeber.az-ın məlumatına görə, 36 yaşlı oyunçu komanda ilə məşqlərə başlayıb. Onun qısa vaxtda yenidən yaşıl meydanlara qayıdacağı bildirilir.
Levandovski bu mövsüm bütün turnirlərdə 38 oyun keçirib, 34 qol vurub və 3 məhsuldar ötürmə edib.