AZ

“Sumqayıt”dan 1056 dəqiqəlik qol həsrətinə son

“Sumqayıt” qol həsrətinə son qoyub.

İdman.biz xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Misli Premyer Liqasının XXVI turunun “Kəpəz”lə qarşılaşmasında fərqlənib.

Roi Kehat matçın 20-ci dəqiqəsində hesabı açıb. Bununla da “Sumqayıt”ın qolsuz oyunlar seriyası qırılıb.

Vaqif Cavadovun yetirmələri sonuncu dəfə 2024-cü il dekabrın 8-də “Neftçi” ilə qarşılaşmada qol vurub. XVI turun görüşündə 2:0 hesabı ilə qalib gələn “Sumqayıt”ın son topuna Cordan Rezabala 43-cü dəqiqədə imza atıb.

92 gündən sonra qol vuran komanda bu müddətdə 9 çempionat və 2 kubok oyunu keçirib. “Qarabağ” (0:5), “Kəpəz” (0:0), “Səbail” (0:2), “Sabah” (0:0), “Araz-Naxçıvan” (0:0), “Şamaxı” (0:1), “Zirə” (0:3), “Neftçi” (0:1) və “Qarabağ”la (0:2) Premyer Liqa görüşlərində hədəfə düşməyən “Sumqayıt” “Sabah”la kubok matçlarında da (0:0, 0:4) fərqlənə bilməyib. Bir sözlə, komanda çempionatda 876 dəqiqəlik, ümumilikdə isə 1056 dəqiqəlik qolsuzluq başa çatıb.

Qeyd edək ki, hazırda davam edən görüşdə “Sumqayıt” 1:0 hesabı ilə qalib gəlir.

İdman.biz

Seçilən
28
idman.biz

1Mənbələr