“Qonşuların evində dava salmıram, gecə vaxtı kimisə narahat etmirəm. Mənim ən böyük eyibim elə eyibsizliyim imiş ki...”
Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “10lar” verilişində deyib.
“Eyiblərimi evdəkilərdən soruşun, danışsınlar. Desinlər ki, bizim qanımızı içir. “Ayaqqabını orada çıxar”, “ayaqqabı ilə evə girmək olmaz”, “çöldən gəlmisən, əllərini yudun?” Nə qədər istəsəniz, eyibimdən danışarlar. Eyibsiz görünən insanlardan qorxuram. Görüntü olaraq çox ideal görünməyə çalışan insanların hamısının arxasında çox böyük şeylər var. İdeal görünməyə çalışmayın. Özümü çox tərifləyəndə sıxılıram. Mənim də çatışmayan cəhətlərim var. İdeal ola bilmərəm”, - o deyib.
Tomris
Tarix: 10 Mart 2025, 17:48