AZ

Mareska: “Lester Siti” gözlədiyimizdən fərqli oynasa da…”

“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 28-ci turunun autsayder “Lester Siti” ilə ev oyununu (1:0) şərh edib.

Arena.az “Sky Sports” dərgisi BBC-yə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən oyunun sonunda xoşbəxt idim. Futbolçularım bütün güc-qüvvələrini verdilər və əntiqə idilər. Sənin bir cür hazırlaşdığın oyunda, rəqibin başqa cür oynaması sevindirmir. Amma biz qalib gəlmək üçün kifayət qədər imkanlar yaratdıq.

Kukurelya (“Çelsi”nin 26 yaşlı ispan sol cinah müdafiəçisi Mark Kukurelya – redaktorun qeydi) əla qol vurdu, amma bizim, daha bir qol vurmaq üçün imkanlarımız vardı. Asan deyildi, uyğunlaşmaq lazım gəldi, amma oyunçular bunun öhdəsindən əla gəldilər.

Koul Palmer penaltiləri həmişə vurmayacaq ki… Kənardan bunu anlamaq çətindir, amma o, gecə özünü heç də yaxşı hiss etməyib, amma o, qalib gəlməyimiz üçün bizə kömək etmək istəyirdi. Biz ondan razıyıq.

Azarkeşlərimiz başa düşmürlər ki, bu, nə qədər ağır olur. Son üç oyunda biz bir xüsusa hazırlaşmışıq, “Lester Siti” isə fərqli oynadı”, deyə Mareska vurğulayıb.

Əlavə edək ki, “zadəganlar”ın 22 yaşlı ingilis hücumameylli yarımmüdafiəçisi Koul Palmer karyerası ərzində ilk dəfə penalti zərbəsini qola çevirə bilməyib. “Tülkülər”in 24 yaşlı danimarkalı qapıçısı Mads Hermansen ingilis futbolçunun zərbəsinə dəf edib.

28 oyundan 49 xal toplamış “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Lester Siti” isə 17 xalla 19-cu pillədədir.

Premyer Liqaya 29 oyundan 70 xal toplamış “Liverpul” başçılıq edir.

Seçilən
5
arena.az

1Mənbələr