AZ

Ani Ödəniş Sistemi ilə əməliyyatların həcmi 300 milyon manata yaxın artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda Ani Ödəniş Sistemi (AÖS) ilə icra edilənəməliyyatların sayı 801 min ədəd, həcmi isə 1,373 milyard manatolub.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, AÖS iləəməliyyatların sayı 213,4 və ya 36,3%, əməliyyatların həcmi isə 273milyon manat, yaxud da 30,2% artıb.

Belə ki, 2023-cü il ərzində AÖS vasitəsilə həyata keçirilənəməliyyatların sayı 587,6 min ədəd, həcmi isə 1,1 milyard manatolub.

“2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişafstrategiyası”nda AÖS-ün Milli Ödəniş Sistemindəki payınınartırılması və geniş tətbiqinin təşviqi əsas prioritetlərdən birikimi müəyyən edilib.

Qeyd edək ki, ötən il Azərbaycanda Milli ödəniş sisteminin əsaskomponentləri olan Real Vaxt Rejimində Banklararası HesablaşmalarSistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi(XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilənödənişlərin həcmi 760,2 milyard manat, ödənişlərin sayı isə 168,6milyon ədəd olub.

Məqalədə:
Seçilən
16
1
az.trend.az

2Mənbələr