AZ

İradə Həsənova: "Ozon təbəqəsinin qorunması bəşəriyyətin gələcəyi üçün vacibdir"

"Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a verdiyi açıqlamada 1987-ci ildə qəbul edilən Montreal Protokolunun əhəmiyyətini vurğuladı. 

QHT sədri bildirib ki, bu beynəlxalq sənəd, ozon təbəqəsini zədələyən bir çox maddənin qadağan edilməsini nəzərdə tutur və dünyanın müxtəlif ölkələri tərəfindən imzalanmışdır, Montreal Protokolunun ozon təbəqəsini qorumaq və ona zərər verən maddələrin tədricən qadağan edilməsi məqsədini daşıyır:

"Monreal protokolu ozon təbəqəsinin zədələnməsinə səbəb olan bir çox maddələrin qismən yaxud tam qadağan edilməsi ilə bağlı 16 iyul 1987-ci ildə dövlətlərarası qəbul edilən beynəlxalq iqlim sənədidir. Bu protokolla ozondağıdıcı maddələrin siyahısı tərtib eilərək protokolu  imzalayan dövlətlərə göndərilmişdir. Bununla əlaqədar "Ozondağıcı maddələrin idxalı və ixracı sahəsin dədövlət  tənzimlənməsi barədə" Azərbaycan Respublikasının Prezidenti 2006- cı il 29 mart tarixli fərman imzalamışdır. Fərmandan irəli gələn vəzifələrlə bağlı Azərbaycan Respublikası Nazirlər Kbineti ozon qatını dağıdan maddələrin siyahısını təsdiq etmişdir. NK-nin qərarına əsasən ölkənin ayrı-ayrı nazirlikləri ozondağıdıcı maddələrin idxalı və ixracına nəzarəti gücləndirməli həmin maddələrlə bağlı dövlət  siyasətini   və zəruri tədbirlərin həyata keçirilməsini tənzimləməlidir".

İradə Həsənova zon qatının yer üzərindəki canlı aləmi qoruyan əsas qat olduğunu və ultrabənövşəyi şüaların yerə çatmasını maneə törətdiyini açıqladı:

"Ozon yer üzərində canlı aləmi qoruyan əsas qatıdır ki  atmosferdə yerləşir. Bu qat günəşdən gələn ultrabənövşəyi şüaları udaraq onları yer üzərinə çatmasına mane olur. Ozon qatının dağılması canlı aləm üçün çox böyük təhlükə mənbəyidir. Ozon təbəqəsinin miqdarının azalması buzlaqların əriməsinə qlabal istiləşməyə səbəb olmuşdur. Bununla əlaqədar okeanlarda suyun səviyyəsi 15-17 sm artmışdır. Ozon qatının dağılması ilə əmələ gələn təsirlərdən insan sağlamlığının qorunmasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi hazırda bəşəriyyət qarşısında duran ən böyük vəzifədir".

QHT sədri dünya ölkələrinin ekoloji təhlükələrdən qorunması üçün birgə fəaliyyət mexanizmləri hazırlaması və öz töhfələrini verməsi lazım olduğunu vurğuladı:

"Respublikamız ozon təbəqəsinin qorunması istiqamətində dünya ictimaiyyətinin bütün səylərini dəstəkləyir və beynəlxalq razılaşma əsasında qəbul etdiyi öhdəlikləri yerinə yetirir.Ölkəmiz bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üçün dünya ölkələrinin həyata keçitdiyi bütün tədbirlərdə fəal iştirak edir.Bundan başqa Azərbaycan 2010- cu ildə "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində ozon qatının qorunması tədbirlərinin gücləndirilməsi" regional texniki layihə çərçivəsində yaradılan Ozon mərkəzində fəal iştirak edərək öz təkliflərini verir. Hazırda Antraktida üzərində yaranan ozon dəliyinin tədricən bağlanmsı bu sahədə görülən işlərin uğurlu nəticəsidir. Hazırda bu sahə üzrə görülən işlər hələ çoxdur. Bu sahədə uğurların qazanması dünya ölkələrinin sıx əməkdaşlığından və birgə səylərindən asılıdır. Bəşəriyyəti qarşıda gözləyəcək ekoloji təhlükələrdən qorumaq üçün dünya ölkələri birgə fəaliyyət mexanizimləri işləyib hazırlamalı ekoloji tarazlığın qorunması üçün səylərini əsirgəməməlidir. Bu işdə hər bir ölkə bəşəriyyətin qorunmasına öz töhvəsini vermələridir".

 

Pərvanə Fərhdadqızı

QHT.az

Seçilən
3
qht.az

1Mənbələr