Bakı. Trend:
10 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Qazaxıstan Respublikasına rəsmi səfərəyola düşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.
Rəsmi səfər çərçivəsində 11 mart tarixində nazir CeyhunBayramovun Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xariciişlər naziri Murat Nurtleu, habelə digər yüksək səviyyəli rəsmilərilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.