Ağ Ev və Kreml arasında əldə olunan razılığa görə ABŞ Vladimir Zelenskini istefaya məcbur edəcək?..
Politoloq: “Bu qədər iddia ortaya atırlar. Amma məsələ burasındadır ki, Ukrayna tərəfinin müharibəni dayandırmaq niyyəti yoxdur”.
“Burada açıq şəkildə cəbhələşmə var. Qərb koalisiyası daxilində nə isə nəticə əldə olunuarsa, bundan sonrakı məsələyə aydınlıq gələ bilər”.
Bu sözləri politoloq Samir Hümbətov ABŞ-nin Ukrayna ilə bağlı yayılan iddialarını Poliqon-a şərh edərkən qeyd edib.
Bildiyimiz kimi, Ukrayna ilə bağlı ABŞ-nin planı məlum olub. İddialara edilir ki, Ağ Ev və Kreml arasında əldə olunan razılığa görə ABŞ Vladimir Zelenskini istefaya məcbur edəcək. Onun ardınca parlamentin sədri Ruslan Stefençuk da istefa verəcək. Keşmiş baş nazir Yuliya Timoşenko Ali Radarın sədri seçiləcək və prezident səlahiyyətlərinin başçısı kimi Moskva ilə danışıqlar aparacaq. İddialara görə sabiq baş nazir müharibəni dayandırmaq üçün ərazi güzəştinə razılıq verib.
Bu iddialar nə qədər real ola bilər və Trampın dəstəyi ilə Ukraynada hakimiyyət dəyişikliyi baş verə bilər?
Rusiya-Ukrayna müharibəsinin indiki mərhələni Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.
Samir Hümbətov: “Bu dəqiqə Zelenskini istefaya məcbur etmək elə də asan məsələ deyil”.
Ukraynanın ğz ərizələrini Rusiyaya vermək niyyətinin olmadığını nəzərə çatdıran politoloq əlavə edib ki, bəzi bölgələrdə Ukrayna qoşunlarının geri çəkilməsi ilə bağlı məlumat yayılır,ancaq bu müharibənin gedişidir:
“Bu qədər iddia ortaya atırlar. Amma məsələ burasındadır ki, Ukrayna tərəfinin müharibəni dayandırmaq niyyəti yoxdur. Başqa məsələ də budur ki, Avropa Ukraynanı silahlandırmağa davam edir. Avropa Trampın atdığı addımlardan ciddi narahatdır və fikirləşirlər ki, əgər belə davam edərsə, bu təkcə Ukrayna üçün deyil, Avropa üçün böyük təhlükəsizlik problemini ortaya çıxara bilər.
Buna görə də Rusiya ilə gedən müharibəni mümkün qədər uzatmaqla, Rusiyanı daha zəif durma gətirmək niyyətindədirlər. Çünki Avropanın özünün güclü ordusu yoxdur. Tramp da tez-tez ABŞ-nin NATO-dan çıxacağı haqqında fikirlər səsləndirir. Belə olan halda da, hələ ki, ABŞ-alınmasa güvənə bilirlər. İdeal olan variant da müharibənin davam etməsinin tərəfdarı olmaqla, həm də proseslərin vaxtını uzatmağa çalışırlar. Bu dəqiqə Zelenskini istefaya məcbur etmək elə də asan məsələ deyil.
Samir Hümbətov: “Rusiya-ABŞ danışıqlarında Rusiyaya nə vəd ediləcək və qarşılıqlı olaraq Rusiyadan nə alınacaq? Ortada Trampın alver məsələsi var. Bundan sonra Avropanın nə istədiyi məlum olacaq”.
Başqa məsələ də, ABŞ-la Rusiya arasında alverin necə getməlidir və razılaşma harada olmalıdır. Bunlar açıq sualdır. Yəni Rusiya nə verəcək ki, Ukraynanın ərizələri Rusiyaya qalacaq, Zelenski istefaya zorlanacaq. Eyni zamanda Avropa bu məsələyə necə reaksiya verəcək? Avropa Ukraynaya böyük sərmayə yatırdır və Ukraynada müharibənin getməsində maraqlıdır. Necə ki, Bayden maraqlı idi müharibənin getməsinə, elə də Avropa indi maraqlıdır. Buna görə də, bu məsələlər açıq qalır.
Burada açıq şəkildə cəbhələşmə var. Qərb koalisiyası daxilində nəysə nəticə əldə olununarsa, bundan sonrakı məsələyə aydınlıq gələ bilər. Buna qədər çox ssenarilər cıza bilərlər, amma hələ ki, Ukraynanın o ərizələri vermək niyyəti yoxdur. Doğrudur, bəzi bölgələrdə Ukrayna qoşunlarının geri çəkilməsi ilə bağlı məlumat yayılır, ancaq bu müharibənin gedişidir. Taktiki olaraq ya Rusiya, ya da Ukrayna geri çəkilir.
Bu gün bu məsələdən danışmaq tezdir. Burada bir neçə variant var. Yəni Rusiya-ABŞ danışıqlarında Rusiyaya nə vəd ediləcək və qarşılıqlı olaraq Rusiyadan nə alınacaq? Ortada Trampın alver məsələsi var. Bundan sonra Avropanın nə istədiyi məlum olacaq”.
Nərminə UMUDLU
Poliqon.info