AZ

Türkiyə dünyanın 11-ci ən böyük silah ixracatçısı olub

BAKI, TurkicWorld

Türkiyənin silah sənayesi qlobal bazarda mövqeyini gücləndirməyə davam edir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, 2020-2024-cü illər arasında Türkiyənin silah ixracatı 1,3 dəfə artaraq , ölkəni dünyanın 11-ci ən böyük silah ixracatçısına çevirib.

Eyni dövrdə ölkənin silah idxalı isə 33 faiz azalıb. Bu, Türkiyənin müdafiə sənayesində daxili istehsala üstünlük verməsinin və xaricdən asılılığını azaltmasının göstəricisidir.

Türkiyənin qlobal silah ixracatındakı payı 0,8%-dən 1,7%-ə yüksəlib. Bu artım yerli müdafiə sənayesinin inkişafı, milli texnologiyalara əsaslanan istehsal və beynəlxalq bazarda artan tələbatla əlaqələndirilir.

Qeyd edək ki, Türkiyə son illərdə PUA (pilotsuz uçuş aparatı), zirehli texnika, raket sistemləri və digər müdafiə texnologiyalarında əhəmiyyətli irəliləyişlər əldə edib. Bayraktar TB2 və Akıncı PUA-ları kimi məhsullar beynəlxalq arenada böyük maraqla qarşılanıb və müxtəlif ölkələrə ixrac edilib.

Seçilən
53
turkic.world

1Mənbələr