1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
34 yaşlı Pərvin Həbibzadənin sizin köməyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun özü məlumat verib.
Bildirib ki, o, 2018-ci ildə beyin qanaması keçirib:
"Mən 667 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq fakültəsinin tələbəsi olmuşam. Bakı Dövlət Universitetində magistratura pilləsində təhsil almışam. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyində və Bakı Nəqliyyat Agentliyində hüquqşünas kimi çalışmışam. 2018-ci ildə keçirdiyim beyin qanaması nəticəsində yerimə, görmə və digər həyati funksiyalarımı itirmişəm. Hazırda müalicələrim üçün aylıq 3000 manat lazım olur. Xalqımdan xahiş edirəm mənə dəstək olsunlar. Mən yenidən sağlamlığıma qayıtmaq istəyirəm".
Kapital Bank: 5239 1517 7278 4339
Əlaqə nömrəsi: 050 878 36 97