Bakı. Trend
İngiltərənin şimal-cənub sahilləri yaxınlığında tankerlə yükgəmisi toqquşub.
Trend xəbər verirki, bu barədə Britaniyanın Dəniz Təhlükəsizliyi və Sahil MühafizəXidməti məlumat yayıb.
Məlumata görə, insidentlə əlaqədar aviasiya və yanğınsöndürəngəmilərinin iştirakı ilə xilasetmə əməliyyatı elan olunub.Hadisənin sahildən 18,5 kilometr aralıda baş verdiyibildirilir.
Toqquşmadan sonra hər iki gəmi yanmağa başlayıb. Hər iki gəmininheyət üzvləri göyərtəni tərk edə biliblər.