AZ

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

"İnter"in yarımmüdafiəçisi Pyotr Zelinski uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Polşa millisinin 30 yaşlı futbolçusu baldır əzələsindən zədələndiyi üçün ən yaxşı halda 1,5 ay komandasına kömək edə bilməyəcək.

O, "Montsa"ya 3:2 hesabı ilə qalib gəldikləri matçda - A Seriyasının XXVIII turunun oyununda sıradan çıxıb. Sözügedən qarşılaşmanın 70-ci dəqiqəsində meydana çıxan Pyotr 3 dəqiqə sonra əvəzlənib.

Qeyd edək ki, Zelinski cari mövsüm "İnter" forması ilə bütün turnirlərdə 33 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
18
fanat.az

1Mənbələr