Bakı, 10 mart, AZƏRTAC
2024-cü ildə əmtəə nişanlarının qeydiyyatı ilə bağlı daxil olan iddia sənədlərinin sayı 3880 (2023-cü ildə 3862) olub.
Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, ötən il müvafiq dövlət reyestrində 2844 əmtəə nişanı qeydiyyata alınıb. Onlardan 2096 ədədi milli, 748 ədədi xarici fiziki və hüquqi şəxslərə məxsus olub. 2023-cü ildə isə qeydiyyata alınmış 3145 əmtəə nişanından 2541 ədədi milli, 604 ədədi isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.