AZ

Neft tankeri və konteyner gəmisi toqquşdu – 32 nəfər həsarət aldı


Şimal dənizində ABŞ bayrağı altında üzən “Stena Immaculate” neft tankeri və Portuqaliya bayrağı altında üzən “Solong” konteyner gəmisi toqquşub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniya Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, toqquşma Şərqi Yorkşir sahillərində, Hull şəhərinin şərqində, yerli vaxtla saat 9:48-də (Bakı vaxtı ilə 13:48) baş verib. Konteyner gəmisinin lövbərdə olan neft tankerinə çırpıldığı düşünülür.
İki gəmidə yanğın baş verib. Toqquşma yerinə xilasedici gəmilər və helikopter göndərilib.
Toqquşmadan sonra çəkilən foto və videolar internetdə yayımlanır. Tankerdən qara tüstü qalxır.
Toqquşma yerində axtarış-xilasetmə əməliyyatı aparılır.
Seçilən
36
1
yeniavaz.com

2Mənbələr