"Çelsi" "Real Madrid"in ulduzu Cud Bellingemin qardaşı, hazırda "Sanderlend"də çıxış edən yarımmüdafiəçisi Cob Bellingemi transfer etməyə can atır.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Transfers" yayıb.
Mənbənin məlumatına görə, 18 yaşlı futbolçuya bir neçə Avropa nəhəngi, o cümlədən Cudun əvvəllər çıxış etdiyi Dortmund "Borussiya"sı da maraq göstərir.
"Transfermarkt" portalı Cob Bellingemin transfer dəyərini 9 milyon avro ilə qiymətləndirir. 2023-cü ildən "Sanderlend"də çıxış edən futbolçunun hazırki klubu ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulan müqaviləsi var.
İngilis yarımmüdafiəçi bu mövsüm Çempionşipdə 45 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa