AZ

Azərbaycanın daha bir boksçusu DÇ-də 1/8 final mərhələsinə yüksəldi

Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı davam edir.

Mundialın ikinci günündə Azərbaycan millisinin heyətində rinqə ilk olaraq Zeynəb Rəhimova çıxıb.

Operativ Media xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan boksçumuz 1/16 final çərçivəsində Yekaterina Sıçeva (Ermənistan) ilə döyüşüb. Görüş Rəhimovanın inamlı qələbəsi ilə başa çatıb.

O, ermənistanlı rəqibini 5:2 (münsiflərin qərarı) hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Aynur Mikayılova (57 kq) da mübarizəyə qoşulacaq.

Seçilən
8
operativmedia.az

1Mənbələr