AZ

Beyləqanın mərkəzində marşrut avtobusu yoxdur - Sakinlər çətinlik çəkirlər VİDEO

Beyləqan rayonunda marşrut avtobusu problem yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər ictimai nəqliyyat olmadığına görə ya şəxsi maşınlardan, ya da taksilərdən istifadə edirlər. İmkanı çatmayanlar isə piyada getməli olurlar.

Beləliklə, Beyləqan sakinləri illərdir ki, avtobus problemindən əziyyət çəkirlər. Rayon daxilində fəaliyyət göstərən marşrut avtobusları yoxdur. Rayon mərkəzindən bir neçə kəndə və digər rayonlara avtobuslar işləyir. Amma daxili marşurutun olmaması sakinləri narazı salıb.

Məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən bildirilib ki, problem qısa müddətdə öz həllini tapacaq. 

Görünür, Beyləqan sakinləri bir az da gözləməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
44
xezerxeber.az

1Mənbələr