AZ

Acun Ilıcalı həbs edilə bilər – DETALLAR

Acun Ilıcalıya qarşı hazırlanan və qanunsuz mərc oyunları reklam edərək insanları təşviq etdiyi iddiası ilə 5 il 3 aya qədər həbs cəzası tələb edən iddianamə qəbul edilib.

Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, Ilıcalı da daxil olmaqla 8 müttəhimin iyulda hakim qarşısına çıxacağı gözlənilir.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində Acun Ilıcalı televiziya platformalarında yayımlanan futbol matçları zamanı lisenziyasız və qeyri-qanuni mərc saytlarının virtual reklam üsullarından istifadə edilərək reklam edildiyi təsbit edilərək, barəsində 7258 saylı qanunu pozduğuna görə ittiham aktı hazırlanıb.

 

Dəniz

Seçilən
12
tribunainfo.az

1Mənbələr