AZ

SON DƏQİQƏ: Bakı dünyanın iki böyük gücü ilə sazişə hazırlaşır…

“Azərbaycan İsrail və Amerika ilə müttəfiqliyə dair strateji sənəd imzalaya bilər. Bunu cənab prezident də çıxışında istisna etməyib”.

Bu sözləri siyasi şərhçi Ramiyə Məmmədova Tribunainfo.az-a deyib. Knessetdə gedən müzakirələrə toxunan ekspert bildirib ki, İsrail bunun üçün vasitəçilik etməyə çalışır: “Bu sənəd Tramp dövründə imzalana bilər. Sadəcə, Amerika lideri bu haqda danışmayıb, Cənubi Qafqazın adını çəkməyib. Ona görə də gözləmək lazımdır”.

Qeyd edək ki, martın 17-də iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailə gedəcək. İsrail nəşrləri yazır ki, Bakı İbrahim sazişinə qoşula bilər.

Zamiq

Seçilən
32
tribunainfo.az

1Mənbələr