“Trabzonspor” baş məşqçisi Şenol Güneşi istefaya göndərib. Msport.az xəbər verir ki, 72 yaşlı mütəxəssisə idman direktoru postu təklif olunub. O, düşünmək üçün vaxt istəyib.
Təcrübəli mütəxəssis ötən ilin sentyabrında Trabzon təmsilçisinin sükanı arxasına keçmişdi.
“Trabzonspor” 25 oyundan sonra 32 xalla turnir cədvəlində 10-cu yeri tutur.
Türkiyə mətbuatının yazdığına görə, vakant vəzifəyə Arda Turan və Fatih Tekke namizəd sayılır.