AZ

Regional İdarə: 2023-cü ildə sel nəticəsində yararsız hala düşmüş Mikayıl Müşfiq Muzeyinə gedən körpü bərpa edilib

"2023-cü ilin 29 avqust tarixində güclü sel nəticəsində Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xızı rayon Mikayıl Müşfiq Muzeyi ilə Giləzi-Xızı yolunu birləşdirən Tıx çayı üzərindəki körpü, ərazidəki sanuzel və dəmir barmaqlıqlardan ibarət hasarın bir hissəsi tamamilə yararsız vəziyyətə düşmüşdü".

Bu barədə APA-nın sorğusuna Abşeron-Xızı Regional Mədəniyyət İdarəsindən bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin aprel-may aylarında həmin dəmir körpü qaldırıcı kran vasitəsilə sel zonasından götürülərək əvvəlki yerinə qoyulub.

"Bundan əlavə, sel nəticəsində muzeyin yerləşdiyi binanın ətrafına toplanmış daş-çınqıl yük maşınları vasitəsilə ərazidən daşınıb. Muzeyin həyətyanı sahəsindəki dəmir barmaqlıqlar bərpa edilməklə bərabər, sanitar qovşaq da yenidən tikilərək istifadəyə verilib", - məlumatda vurğulanıb.

Seçilən
10
1
apa.az

2Mənbələr