Böyük Britaniya sahillərində Şimal dənizində “Solong” konteyner gəmisi ilə toqquşan “Stena Immaculate” tankerində yanacaq sızmasından sonra sıra partlayışlar baş verib.
Bu barədə martın 10-da gəmi sahibi "Crowley Corporation" məlumat verib.
Şirkətdən bildiriblər ki, insident səhər saat 10 radələrində (Baxtı ilə 14:00) tanker lövbərdə olarkən baş verib.
“Toqquşma nəticəsində Stena Immaculate-də içərisində Jet 1A yanacağı olan yük çəni partlayıb. Yanğın baş verib və yanacağın sızdığı bildirilir.Ekipaj gəmidə silsilə partlayışlardan sonra gəmini tərk edib”, - korporasiyanın Facebook sosial şəbəkəsindəki bəyanatında deyilir.