AZ

PREZİDENTDƏN YENİ TƏYİNAT - Cavid Vəliyev kimdir? + DOSYE (Yenilənib)

Cavid Vəliyev Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib.

Hurriyyet.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki,Cavid Vəliyev 1979-cu ildə Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə Sumqayıt şəhər 31 №-li orta məktəbi bitirərək dövlət xətti ilə Türkiyə Respublikasının Egey Universitetinin jurnalistika fakültəsinə daxil olub. 2002-ci ildə Egey Universitetini bitirərək dövlət xətti ilə Türkiyə Respublikasının Qazi Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin magistratura proqramına daxil olmuşdur.

2006-cı ildə Qazi Universitetini bitirərək Ankara Universitetinin beynəlxalq münasibətlər fakültəsinin doktorantura proqramına daxil olub.

2007-ci ildə doktorantura təhsilində göstərdiyi uğura görə Türkiyə Respublikasının Milli Elmlər və Texnologiyalar Araşdırma Mərkəzi tərəfindən xarici tələbələr üçün verilən təqaüdə layiq görülüb. Bundan başqa elə həmin ildə Yaponiyanın Nippon Fondu tərəfindən Ankara Universitetində təhsilini uğurla davam etdirən tələbələr üçün verilən təqaüdə də layiq görülüb.

2005–2009-cu illərdə Ankara şəhərində müstəqil fəaliyyət göstərən Türkiyə Milli Təhlükəsizlik Strateji Araşdırma Mərkəzində elmi işçi daha sonra isə Cənubi Qafqaz şöbəsinin müdiri işləyib.

2012-ci ildə Ankara Universitetindən beynəlxalq münasibətlər üzrə fəlsəfə elmləri doktoru alimlik dərəcəsini alıb.

2010-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırma Mərkəzində (SAM) aparıcı elmi işçi, baş elmi işçi və 2015-ci ildən etibarən Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyib.

2017-ci ildən etibarən ingilis dilində nəşr olunan Caucasus International jurnalının baş redaktoru olub.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə[1] sonra isə Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 iyul tarixli sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

C.Vəliyev Türkiyənin "Hurriyetdailynews" (İngilis), "Yeni Şafak", "Cümhuriyyət" qəzetlərində, "Anadolu" Agentliyində, ABŞ-də nəşr olunan "Eurasia Daily Monitor", "National Interest" və Avropada nəşr olunan "Modern Diplomacy" kimi jurnallarda Cənubi Qafqaz, Azərbaycanın xarici siyasəti və Ermənistan-Azərbaycan münaqişəsi haqqında 200-dən çox qısa məqalənin müəllifidir.

Seçilən
5
hurriyyet.az

1Mənbələr