Voyslav Şesnının gəlişindən sonra "arxa plan"da yer alan İnaki Pena mövsümün sonunda komandadan ayrılmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, "Sevilya" qapısını 26 yaşlı "əlcək sahibi"nə əmanət etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
İspaniyalı qapıçının əsas hədəfi karyerasını ölkəsində davam etdirməkdir. Buna baxmayaraq "Qalatasaray" da mövsümün sonunda klubdan ayrılacaq olan Musleranın boşluğunu Pena ilə doldurmaq niyyətindədir.
Qeyd edək ki, İnaki 2021/22 mövsümündə icarə əsasında "Cim-Bom"un formasını geyinib.