NATO-nun baş katibi Mark Rutte Avropa müttəfiqlərini müharibədən sonrakı təhlükəsizlik təminatları üzərində düşünməyə çağıraraq, ABŞ prezidenti Donald Trampın Ukraynada dalandan çıxmağa çalışdığını və bunun yaxşı hadisə olduğunu deyib.
Turkustan.az bildirir ki, Rutte Bosniya və Herseqovina səfəri çərçivəsində Sarayevo Universitetində tələbələrin suallarını cavablandırdığı panelə qatılıb.
Rutte ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni bitirmək planı ilə bağlı suala belə cavab verib: "Prezident Trampın Ukraynada dalandan çıxmağa çalışması yaxşı addımdır. Amma hələ ki, sülh razılaşması yoxdur.Amma mən düşünürəm ki, prezident Tramp haqlıdır”.
Rutte deyib ki, Avropa Ukraynada atəşkəs və sülh sazişini qorumaq üçün “təhlükəsizliyə zəmanət missiyası”nın necə görünə biləcəyi barədə düşünməlidir.
"Bunu etmək üçün (atəşkəsi və sülhü qorumaq üçün) bir çox model var və modellərdən biri hazırda fransızlar və ingilislər tərəfindən üzərində işləyir. Düşünürəm ki, onların hamısı müsbətdir və ümid edirəm ki, tezliklə sülh razılaşmasına nail olacağıq"-deyə, Rutte bildirib.
Aytən Yaşar/ Turkustan.az