"Barselona"nın qapıçısı İnaki Pena yaxın vaxtlarda klubu tərk edə bilər.
90deqiqe.Az-ın məlumatına görə, əsas heyətə düşmək uğrunda mübarizəni Voyçex Şesniyə uduzan ispaniyalı qolkiper yanvarın 18-dən sonra yaşıl meydanlardan uzaqdır. Kataloniya klubu Peña ilə yeni müqavilə ilə bağlı danışıqları dayandırıb.
İnaki isə daha tez-tez oynamaq istəyir və buna görə də komandasını dəyişmək niyyətindədir.
26 yaşlı qolkiperlə artıq Türkiyənin "Qalatasaray" klubu da əlaqə saxlayıb. Hazırkı müqaviləsinin müddəti 2026-cı ilin ortalarında başa çatır.
Futbolçunu La Liqa və İngiltərə Premyer Liqasının nümayəndələri də izləyir. Bu mövsüm İnyaki Penya "Barselona"nın heyətində 22 oyun keçirib, 25 qol buraxıb.