AZ

Berdıyev: “Futbolçularımda xarakter var”

Azərbaycan Premyer Liqasının XXVI turunun “Neftçi” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Paltardəyişmə otağında bu barədə danışdıq. Uşaqlar Hakmana görə döyüşdülər və qol buraxmağımıza baxmayaraq, buna görə mübarizə apardılar. 10 nəfərlə qalsaq da, müdafiədə çox ağıllı oynadıq.

– Oyunun ədalətli nəticəsi bərabərlik idi?
– Bəli. Hesab etmək olar.

– Bu oyunun əsas qəhrəmanı Sergey Samoku saymaq olar?
– Təkcə o deyil. Bütün komanda bu qələbəni haqq edirdi.

– Neçənci dəfədir ki, komanda son saniyələrdə fərqlənir. Bununla fəxr edirsiz?
– Komanda 6 ay ərzində düzəlmir. Futbolçularımda xarakter var. Bu, bizi sevindirir.

Mirkamal Kazım

Seçilən
26
futbolpress.az

1Mənbələr