Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun qapanış matçında “Neftçi” “Turan Tovuz”u qəbul edib.
Komandalar bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Daha öncə “Araz-Naxçıvan” “Qarabağ”a (1:3) uduzub, “Şamaxı” “Sabah”a, “Zirə” isə “Səbail”ə eyni hesabla (1:0) qalib gəlib. Bu gün baş tutmuş “Sumqayıt” – “Turan Tovuz” görüşü də meydan sahiblərinin qələbəsiylə yekunlaşıb – 3:0.
Azərbaycan Premyer Liqası
26-cı tur
10 mart
“Neftçi” – “Turan Tovuz” 1:1
Qollar: Bassala Sambu, 88 – Hayderson Hurtado, 90+5.
Qırmızı vərəqə: Emmanuel Hakman, 18.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev.
“Neftçi Arena”, 19:30