Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov İranın nüvə proqramı ətrafında vəziyyətin gərginləşməsi riskləri barədə xəbərdarlıq edib.
O, bu gün, martın 10-da Valday Beynəlxalq Diskussiya Klubunun tədbirində deyib: “Son sessiyada (Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının) İranla bağlı müzakirələr zamanı daha aydın oldu ki, 2025-ci ildə biz yəqin ki, İran ətrafında təlatümlərlə üzləşəcəyik”.
Bu il oktyabrın 18-də bu nüvə sazişini təsdiq edən JCPOA (Birgə Hərtərəfli Fəaliyyət Planı, yəni İranın nüvə proqramı üzrə sazişlər) və 2231 saylı Qətnamə (BMT Təhlükəsizlik Şurasının) başa çatır. “Bu planın yerinə heç nə yoxdur və bu gün nəyisə həll etmək cəhdləri belə yoxdur”, – diplomat qeyd edib. Mixail Ulyanovun sözlərinə görə, vəziyyəti düzəltmək üçün ABŞ-ın “nəhayət, öz mövqeyini daha aydın formalaşdırmaq və danışıqlar masasına oturması” lazımdır.
//Samir Qurbanov, Editor.az