AZ

Qərbi Azərbaycana qayıdış məsələsi ilə bağlı bütün səylər səfərbər edilib VİDEO

Ermənilərin və onların dəstəkçilərinin yürütdükləri siyasət haqqında məlumatların uzun illər gizlədilməsi, xüsusilə də o vaxtkı gənc nəsilin bu hadisələrdən məlumatlı olmaması ciddi problemlər yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli parlamentdə "Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu" mövzusunda keçirilən ictimai dinləmədə deyib.

İcma sədri bildirib ki, Azərbaycan xalqının başına gətirilən faciələr yalnız regional deyil, həm də beynəlxalq miqyasda ciddi narahatlıq doğurub. O vurğulayıb ki, öz yurdlarından qovulmuş azərbaycanlıların qayıdışı üçün bütün səyləri səfərbər edirlər.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva isə bildirib ki, indiyə qədər Qərbi Azərbaycanla bağlı 53 layihə Agentliyin maliyyə dəstəyi ilə icra olunub.

Komitə sədri Fazil Mustafa isə bildirib ki, Asiya Parlament Assambleyasının yekun sənədi olan Bakı Bəyyanəməsində soydaşlarımızın Qərbi Azərbaycana ləyaqətli qayıdışı məsələsi öz əksini tapıb. Bu ideyanın belə bir platformada təsdiqi böyük uğur sayılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
32
xezerxeber.az

1Mənbələr