AZ

Kodi Qakpo sıraya döndü

"Liverpul"un niderlandlı futbolçusu Kodi Qakpo komandasının sıralarına dönüb.

Fanat.Az BBC-yə istinadən xəbər verir ki, səhhətindəki problemlər üzündən bir müddət kənarda qalan forvard məşqlərə başlayıb.

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk qarşılaşmasını - PSJ ilə Parisdəki oyunu və Premyer Liqada "Sauthempton"la matçı buraxan 25 yaşlı hücumçu Fransa təmsilçisi ilə cavab görüşündə oynaya bilər.

Qeyd edək ki, "Liverpul" - PSJ matçı martın 11-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk dueldə ingilislər 1:0 hesablı qələbə qazanıblar.

Seçilən
6
fanat.az

1Mənbələr