AZ

Azərbaycan güləşçisi fransalı rəqibini məğlub edərək Avropa çempionatının qalibi olub

Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

"Report" xəbər verir ki, 86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda fransalı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gəlib.

74 kq çəkidə yarışan Ağanəzər Novruzov isə finalda rusiyalı İsmayıl Xaniyevə uduzaraq gümüş medalla kifayətlənib. Daha bir gümüş medalı isə Ceyhun Allahverdiyev (61 kq) aktivinə yazdırıb.

Seçilən
37
26
report.az

10Mənbələr