AZ

Zelenski Ağ Evdəki qalmaqala görə Trampdan üzr istəyib - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa məktub göndərərək ondan üzr istəyib.

Bizim.Media xəbər verir ki, bunu Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News"un efirində bildirib.

“Zelenski prezidentə məktub göndərib. Oval kabinetdə baş verənlərə görə üzr istəyib. Düşünürəm ki, bu, mühüm addım idi. Və bu müzakirəyə aid olan ukraynalılar və avropalılarla komandalarımız arasında xeyli müzakirələr olub”, -

Xatırladaq ki, Ağ Evdə keçirilən görüşdə Ukraynanın mineral ehtiyatlarının birgə çıxarılmasına dair sazişin imzalanması gözlənilirdi. Lakin Zelenski, Tramp və ABŞ-ın vitse-prezidenti J.D Vens arasında mübahisə yaranıb. Sonuncu Zelenskini ABŞ-ın köməyinə nankorluqda, Trampı isə sülh danışıqlarına hazır olmamaqda ittiham edib. Danışıqlar zamanı tərəflər arasında mübahisə düşüb və Ukrayna nümayəndə heyəti Ağ Evi erkən tərk edib.



Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr