AZ

Günay Qurbanova U-23 Avropa çempionatının finalına yüksəlib

Bakı. Trend:

Azərbaycan qadın güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtıTiranada keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Trend xəbər verirki, 59 kq çəki dərəcəsində çıxış edən idmançımız əvvəlcə belarusluMarta Hetmanava üzərində 7:2 hesablı inamlı qələbə qazanıb.

17 yaşlı güləşçi yarımfinalda ukraynalı Yuliya Paxniuku tamüstünlüklə (11:1) məğlub edib. Qurbanova sabah finalda (U20) Avropavə dünya çempionu olmuş italiyalı Aurora Russo iləqarşılaşacaq.

Digər güləşçilərimizdən Əsmər Cankurtaran (50 kq) isveçrəliSvenja Junqoya 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.Ancaq finalın bir addımlığında belaruslu Anastasiya Yanotavaya"tuş"la məğlub olub. Əsmər sabah bürünc medal uğrunda türkiyəliSongül Kavakla güləşəcək.

Nərgiz Səmədova (55 kq) isə 1/4 finalda almaniyalı Amori Andrixə"tuş"la uduzub.

Seçilən
16
12
az.trend.az

10Mənbələr