Hazırda Kursk vilayətində Ukrayna qoşunlarının mühasirəyə düşmə təhlükəsi yoxdur.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat yayıb.
O bildirib ki, Sumun Kurskla sərhədində nəzarət Ukrayna ordusunun nəzarəti altındadır.
Qeyd edək ki, daha öncə Ukrayna hərbçilərinin Kurskun Suca bölgəsində mühasirəyə düşmə təhlükəsinin olduğu xəbərləri yayılıb.