AZ

Bu dəfə geyimini özü ŞƏRH ETDİ: “Kostyum geyinmədiyim üçün üzr istəyirəm” - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski Şevçenko mükafatının təqdimat mərasimində çıxışı zamanı tədbirə kostyumsuz gəldiyinə görə üzrxahlıq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı video görüntülər Ukrayna dövlət başçısı aparatının sosial şəbəkə hesablarında yayımlanıb.

“Bir daha bütün Ukrayna yaradıcılarına çox təşəkkür edirəm. Kostyum geyinmədiyim üçün məni bağışlayın”, – Zelenski gülümsəyərək deyib.

Qeyd edək ki, Ukrayna liderinin geyimi tez-tez dünya mediasında müzakirə edilir. Hətta onun qalmaqalla yadda qalan Ağ Evdə Trampla görüşü zamanı amerikalı jurnalist Qlen Brayan Zelenskiyə Oval ofisə kostyumsuz gəldiyinə görə irad tutaraq, ondan kostyumunun olub-olmadığını soruşub. Sualın yersiz olmasına baxmayaraq, Volodimir Zelenski özünü itirməyib və öyrədilmiş jurnalistə aydın cavab verib: “Müharibə bizim üçün bitəndə geyinəcəm. Bəlkə də sizin kimi, bəlkə daha yaxşı, bəlkə daha ucuz. Görəcəyik”.



Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr