Şimal dənizinin Britaniya sahillərində "Solong" gəmisi neft tankerinə çırpılıb.
"Unikal" xəbər verir ki, "Solong" gəmisində zəhərli natrium sianid olub. Ümumilikdə sianid 15 konteynerdə daşınıb. Konteyner gəmisinin göyərtəsində spirt olduğu da iddia edilir.
Toqquşmadan sonra yanğın başlayıb.
Natrium-sianid həm insanlarda, həm də heyvanlarda boğulma və ürək çatışmazlığına səbəb olan təhlükəli bir maddədir.