AZ

"Onlayn Azərbaycan" rəqəmsal transformasiyada ən vacib addımlardandır - AZCON

"Onlayn Azərbaycan" layihəsi rəqəmsal transformasiya yolunda atılmış ən vacib addımlardan biridir. 

Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev layihənin hesabat tədbirində bildirib.

"Bu layihə uğurla tamamlanıb. Onun hədəfi məktəblilər daxil olmaqla, ölkədə hər bir kəsin internetə və rəqəmsal texnologiyalara çıxışını təmin etmək idi. Rəqəmsal texnologiyalar dünyanı kökündən dəyişdirir, insanların və cəmiyyətlərin rifahı, inkişafı, eləcə də planetimiz üçün böyük potensial faydalar təklif edir, dayanıqlı inkişaf məqsədlərinə nail olmağı sürətləndirir. BMT-nin hesablamalarına görə, dünyada 3,7 milyard insanın internetə çıxışı yoxdur. Bu, dünya əhalisinin 1/3-i deməkdir. BMT-nin qlobal rəqəmsal saziş təşəbbüsü hər kəsi 2030-cu ilə qədər internet bağlantısı ilə təmin etməyi hədəfləyir", - deyə o qeyd edib. 

Seçilən
23
avtosfer.az

1Mənbələr