AZ

"Real" Mbappeyə 117 milyon avro bonus ödəyib

"Real Madrid" ulduz hücumçu Kilian Mbappeyə imza bonusu ödəyib.

90deqiqe.Az-ın məlumatına görə, “kral klubu” bu yaxınlarda 26 yaşlı futbolçuya 117 milyon avro imza bonusu ödəyiblər.

Qeyd edək ki, fransız oyunçu 2024-cü ilin yayında azad agent kimi Fransa PSJ-sindən "Real Madrid"ə keçib.

Ulduz forvard Madrid komandası ilə 2029-cu ilin iyununa qədər uzunmüddətli müqavilə imzalayıb. Xatırladaq ki, Kilian Mbappe bu mövsüm "Real Madrid"in heyətində İspaniya çempionatında 25 oyun keçirib, 18 qol vurub və 3 məhsuldar ötürmə edib. “Ağ-qaralar” hazırda La Liqa cədvəlində ikinci yerdədir.

Seçilən
19
90deqiqe.az

1Mənbələr