Demokrat.az xatırladır ki, Yel çərşənbəsi Novruzun dörd əsas çərşənbəsindən üçüncüsüdür. Xalq inanclarına görə, bu gün əsən küləklər torpağı hərəkətə gətirir, təbiətə yeni nəfəs verir.
Bu çərşənbədə tonqal qalamaq, onun üzərindən atlanmaq, evləri təmizləmək və bayrama hazırlıq görmək ənənədir. İnanclara görə, Yel çərşənbəsində əsən küləklər insanın ağrı-acısını alıb aparır. Başqa bir inanca görə isə Yel çərşənbəsində külək arzuları göylərə qaldırır. Buna görə də bu axşam niyyət tutanlar çox olur.
Yel çərşənbəsi bizə baharın yaxınlaşdığını, təbiətin yenidən canlandığını xatırladır. Bu küləkli gündə əsrlərdir davam edən ənənələri yaşatmaq Novruza daha bir addım atmaq deməkdir.
Qeyd edək ki, Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 18-nə təsadüf edəcək. Novruz bayramı martın 20-si qeyd ediləcək.
10Mənbələr
-
ulusum.azBu gün Yel çərşənbəsidir ( 15963499)
-
ictimairey.azYel çərşənbəsi: Novruz bayramına hazırlıq başladı ( 15962559)
-
mynews.azBu gün Yel çərşənbəsidir ( 15962541)
-
bolge.tvNovruz bayramına hazırlıq başladı- Bu gün Yel çərşənbəsidir ( 15961225)
-
baku.newsBu gün Yel çərşənbəsidir ( 15956011)
-
turkustan.azBu gün Yel çərşənbəsidir ( 15955239)
-
sia.azBu gün Yel çərşənbəsidir ( 15955151)
-
axar.azYel çərşənbəsi: Novruz bayramına hazırlıq başladı ( 15955153)
-
metbuat.azBu gün Yel çərşənbəsidir ( 15955053)
-
yenisabah.azBu gün Yel çərşənbəsidir ( 15955031)