AZ

Əhməd Şəra PKK ilə razılıq əldə etdi

Terror təşkilatı PKK-nın siyasi qanadı olan Suriya Demokratik Qüvvələri (SDQ) ilə Suriya hökuməti arasında aparılan danışıqlar nəticəsində razılıq əldə olunub.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Suriya Prezidenti Əhməd Şəra ilə SDQ təmsilçisi Fərhad Abdi Şahin arasında baş tutub.

Məlumata görə, tərəflər siyasi təmsilçilik, kürd icmasının statusu, atəşkəs və hərbi inteqrasiyanı əhatə edən hərtərəfli razılığa gəliblər.

8 maddəlik razılaşmaya görə, PKK Əsəd rejiminin qalıntıları ilə mübarizədə keçid hökumətinə dəstək verəcək. SDQ dövlət qurumlarında təmsil olunacaq.

Seçilən
51
publika.az

1Mənbələr