AZ

Azərbaycan sərbəst güləş komandası 4-cü dəfə U-23 Avropa çempionu oldu

Bakı. Trend:

Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropaçempionatında sərbəst güləş yarışına yekun vurulub.

Trend xəbər verirki, millimiz rekord göstəricilərlə ardıcıl 4-cü dəfə komandahesabında Avropa çempionu olub. İlk dəfə 2022-ci ildə U-23 Avropaçempionatında titula sahib çıxan sərbəst güləşçilərimiz artıq 4ildir ki, baş mükafatı özündə saxlayır. Budəfəki uğur rekordgöstəricilərlə əlamətdar olub. Millimiz həm topladığı xala, həmmedalların, həm də finalların sayına görə öz rekordunuyeniləyib.

Belə ki, yığmamız ilk dəfə bu yarışda 10 çəkidən 9-da medalqazanıb. İlk dəfə 5 sərbəst güləşçimiz qitə birinciliyininfinalında güləşib. Komandamız 169 xalla kuboku qazanmaqla özününyeni xal rekordunu müəyyənləşdirib.

Türkiyə (117) ikinci, Ukrayna (104) isə üçüncü yeri tutub.

Millimizin tərkibində Arseniy Djioyev (86 kq) qızıl, CeyhunAllahverdiyev (61 kq), Kənan Heybətov (70 kq), Ağanəzər Novruzov(74 kq), və Fərid Cabbarov (79 kq) gümüş, Rəhman İmanov (57 kq),Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və YusifDursunov (125 kq) isə bürünc medal qazanıb.

Seçilən
8
14
az.trend.az

10Mənbələr