AZ

Finlandiyada AES-də qəza baş verib

Finlandiyanın "Olkiluoto" Atom Elektrik Stansiyasında (AES) soyuducu maye sızması baş verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Teollisuuden Voima" stansiyasının operatorunun məlumatında deyilir. 

Hadisə martın 7-də baş verib və məlumata görə, zavodun işçiləri, ətraf mühit və ya nüvə təhlükəsizliyi üçün təhlükə yaratmayıb. Reaktor hovuzunun doldurulması ilə əlaqədar stansiyanın üçüncü enerji blokunda soyuducu maye sızması aşkar edilib. Onun həcmi təxminən 100 kubmetr olub.

Martın 1-dən AES-in üçüncü reaktorunda illik texniki xidmət aparılır.

Seçilən
35
unikal.az

1Mənbələr